ABŞ-da sərnişin özünü təyyarədən atdı

ABŞ-da sərnişin özünü təyyarədən atdı
  13 Aprel 2019    Oxunub:1750
“American Airlines” aviaşirkətinə məxsus 1346 nömrəli reyslə uçan təyyarənin sərnişini ABŞ-ın Arizona ştatının Finiks-Skay-Harbor beynəlxalq hava limanında özünü təyyarə göyərtəsindən yerə atıb.
Azvision.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı polisin bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, Minnesot ştatından gələn təyyarədə 25 yaşlı kişi sərnişin uçuş zamanı özünü qəribə aparıb və digər sərnişinlərə yaxınlaşaraq onların üzünə toxunub, üstlərinə naməlum maye töküb. Nəticədə, mühafizəçilər onu nəzarətə alıb və təyyarə yerə endikdən sonra birinci onun çıxması üçün əsas qapının önünə gətiriblər.

Lakin sərnişin qapıların açılmasını və pilləkənlərin bərkidilməsini gözləmədən özünü xidməti qapıdan eniş zolağına atıb. Xəsarət alan 25 yaşlı sərnişin polisin nəzarəti altında xəstəxanaya yerləşdirilib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti