Suriya İsrailin raketlərini zərərsizləşdirdi

Suriya İsrailin raketlərini zərərsizləşdirdi
  13 Aprel 2019    Oxunub:1828
Suriya ordusunun hava hücumundan müdafiə vasitələri Həma əyalətinin Masyaf şəhəri yaxınlığındakı hərbi obyektə İsrailin endirdiyi hava zərbələrinin qarşısını alıb.
Azvision.az xəbər verir ki, bu barədə Suriyanın “SANA” dövlət informasiya agentliyi məlumat yayıb.

Qeyd olunur ki, bu gecə saat 02:30 radələrində İsrailin hərbi təyyarələri Livanın hava məkanından Suriyanın Masyaf şəhəri istiqamətində hərbi obyektə raket zərbəsi endirib. Suriyanın hava hücumundan müdafiə vasitələri hücuma dərhal reaksiya verərək, İsrailin raketləri hədəfə çatmamış onları havadaca zərərsizləşdiriblər.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Raket   İsrail  





Xəbər lenti