Quareşma “Beşiktaş”dan gedir

  14 Aprel 2019    Oxunub : 749
Quareşma “Beşiktaş”dan gedir
Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Rikardo Quareşma “Porto” ilə razılığa gəlib.
Azvision.az xəbər verir ki, müalicə üçün ölkəsinə gedən portuqaliyalı ulduz transfer xəbərini klub rəhbərliyinə göndərib.

Beləliklə, 35 yaşlı futbolçu yeni mövsümdən “Beşiktaş”da çıxış etməyəcək. “Fanatik” isə Q7-nin keçmiş komandasında 1 mövsüm oynadıqdan sonra aktiv futbolla vidalaşacağını yazıb.

Qeyd edək ki, “Sporting”, “Barselona”, “İnter” və “Çelsi” kimi böyük klublarda oynayan Quareşma kariyerası boyunca ən çox “Beşiktaş”ın formasını geyinib. Quareşma bu komanda ilə 221 oyunda meydanda olub, 36 qol vurub, 71 qolun ötürməsini verib. “Porto” ilə 216 oyun keçirən ulduz futbolçu 49 qola imza atıb, 56 qolun ötürməsini edib.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Q7   Quareşma   Beşiktaş   Porto