ABŞ-da 4 yaşlı oğlan bacısını öldürüb

ABŞ-da 4 yaşlı oğlan bacısını öldürüb
  14 Aprel 2019    Oxunub:1725
ABŞ-da Mili Drev Keli adlı 6 yaşlı qız 4 yaşlı qardaşının silahdan açdığı atəş nəticəsində həyatını itirib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Kortney Keli adlı qadın uşaqları ilə birgə marketə gedərkən yolda maşını xarab olub. Qadın nəqliyyat vasitəsini təmir etməyə çalışdığı zaman 4 yaşlı oğlu avtomobilin salonundan tapdığı silahın tətiyini basıb. Nəticədə onun bacısı güllə yarası alıb. Azyaşlı dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ailəsi onun orqanlarını başqa uşaqların həyatını xilas etmək üçün bağışladığını açıqlayıb. Prokurorluq isə sənədli silahla qeydə alınan ölüm faktı ilə əlaqədar cinayət işinin açılmayacağını bəyan edib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: ABŞ   Qətl   Faciə  





Xəbər lenti