“Artıq tənqid etməyə yox, döyməyə çalışırlar” - Lukaşenko

 “Artıq tənqid etməyə yox, döyməyə çalışırlar” -  Lukaşenko
  15 Aprel 2019    Oxunub:2648
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması üzrə Türkiyənin dəyişməz mövqeyini dəstəkləyib.

Azvision.az xəbər verir ki, bu barədə Lukaşenko "Anadolu" agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, Vaşinqton “S-400”lərlə bağlı qərarına görə Ankaranı “döyməyə” çalışır.
“Qərb kimi tənqid etmir ki?! Onlar məni də, mənim dostum Ərdoğanı (Türkiyə prezidenti) da tənqid edirlər. Türkiyə nəyə görəsə onların xoşuna gəlmir. Amerikalılar sizin mövqeyinizi sevmirlər. Siz Rusiyadan sizin üçün doğrudan da zəruri və daha ucuz olan müdafiə silahları almısınız. Bu silahı başqa yerdən almaq imkansız idi. Buna görə sizi tənqid etməyə yox, artıq döyməyə çalışırlar. Yürütdüyü istənilən müstəqil siyasətə görə Ankaranı tənqid etməyə, Türkiyəyə qarşı hücuma keçməyə başlayırlar” – Lukaşenko vurğulayıb.

Belarus prezidentinin sözlərinə görə, rəqiblərin və əleyhdarların bütün bu əsassız tənqidləri Türkiyənin öz milli maraqlarının müdafiəsi baxımından doğru mövqe tutduğunu sübut edir: “Hərçənd, onlar sizin (Türkiyənin) rəqibləriniz deyil, çünki siz eyni NATO çətiri altındasınız. Buna görə də, mən ölkəsinin suverenliyini və müstəqilliyini müdafiə edərkən cənab Ərdoğanı bir çox məsələdə dəstəkləyirəm”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Belarus   Rusiya   S-400  





Xəbər lenti