Etirazçılar Londonun əsas küçələrini bağladılar
Etirazçılar hökumətin iqlim və ekoloji fövqəladə vəziyyət elan etməsini, 2025-ci ilədək istixana qazı tullantılarını sıfıra endirməsini və iqlim dəyişikliyi ilə mübarizəyə dair qərarların qəbulu üçün bir xalq məclisi formalaşdırılmasını tələb edirlər.
Aksiyanın təşkilatçısı olan “Yoxa çıxmağa üsyan” hərəkatı bəyan edib ki, yolları 24 saat ərzində bağlı saxlayacaqlar. Lakin əgər tələblərinə baxılmazsa, növbəti 5 gün ərzində etirazları davam etdirəcəklərini deyirlər. Onlar xalq məclisləri, tamaşalar və müzakirələr keçirməklə bu aksiyanın yaradıcı müqavimət festivalı olacağını bildiriblər.
Hələlik London polisi aksiyaya müdaxilə etmir. Lakin təşkilatçılar həbslərin ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Leyla Elbrusqızı
Azvision.az