Tramp “S-400”lərə görə Ərdoğanla görüşəcək

 Tramp “S-400”lərə görə Ərdoğanla görüşəcək
  16 Aprel 2019    Oxunub:1520
ABŞ prezidenti Donald Tramp Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərinin almasının vacibliyi məsələsinə məntiqli yanaşma nümayiş etdirir.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni, maliyə naziri Berat Albayraq Ağ Evdə ABŞ prezidenti Donald Trampla keçirdiyi sürpriz görüşdən sonra verdiyi açıqlamada deyib. Nazir bildirib ki, Tramp Ərdoğanla görüşməyi planlaşdırır.

“Mənimlə keçirdiyi görüşdə cənab Tramp “S-400” sistemlərinin tədarükünün vacibliyinə məntiqli yanaşma sərgilədi. Yaxın zamanlarda Trampın bizim prezidentlə (Türkiyə prezidenti Ərdoğanla) görüş keçirəcəyi istisna olunmur. Trampla apardığım danışıqlar konstruktiv keçdi və bu görüş onun Türkiyəyə verdiyi əhəmiyyəti göstərdi”, - deyə Albayraq vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Rusiya   ABŞ   S-400  





Xəbər lenti