Ankara və İstanbulu “S-400”lər qoruyacaq

 Ankara və İstanbulu “S-400”lər qoruyacaq
  16 Aprel 2019    Oxunub:2316
Bu ilin iyulunda tədarük edilməsi planlaşdırılan Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemləri Türkiyənin əsas strateji şəhərlərinin müdafiəsi üçün istifadə olunacaq.

Azvision.az xəbər verir ki, bu barədə Vaşinkqtonda səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bəyan edib.
““S-400”lər hələ gəlməyib, amma yaxın zamanda gələcək. Bu sistemlər Türkiyəyə gətirildikdə nə edəcəyik? Hara yerləşdirəcəyik? Bu, Ankara, İstanbul və yaxud da hansısa sənaye bölgəsi ola bilər. Raket və təyyarə təhdidinə qarşı hansı ərazilərimizin daha həssas olması məsələsi üzərində çalışırıq. Çox ehtimal ki, “S-400”lərin vəzifəsi Ankara və İstanbulun müdafiəsi olacaq”, – deyə Akar vurğulayıb.



Nazir onu da bildirib ki, Türkiyə ilə dialoqda təhdid və ultimatum dilindən istifadə qəbuledilməzdir. Bununla belə, Akarın sözlərinə görə, əgər ABŞ “S-400” sistemlərinin NATO ümumi müdafiəsinə və “F-35” qırıcı təyyarələrinə qarşı təhdid yaratdığını sübut edə bilərsə, onda Ankara Rusiyadan alacağı “S-400”lərin texniki parametrlərində korrektələr edə bilər: “Lakin “S-400”lərlə bağlı müqavilə və Türkiyənin beşinci nəsil “F-35” təyyarələrinin istehsalı proqramında iştirakı bir-biri ilə əlaqəsi olmayan məsələlərdir”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   S-400   ABş   Rusiya   NATO  





Xəbər lenti