“Mövsüm başlayandan rahat oyun olmayıb” - Qurban Qurbanov

“Mövsüm başlayandan rahat oyun olmayıb” -    Qurban Qurbanov
  19 Aprel 2019    Oxunub:1970
"Oyunçularımı təbrik edirəm. Qalib gəlməklə yanaşı yaxşı oyun göstərdilər. Bəlkə, hesab bizim rahat qalib gəldiyimizi göstərir. Ancaq elə də asan olmadı"
Azvision.az xəbər verir ki, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Keşlə”ni 3:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "Keşlə" komandası oyunboyu "Qarabağ"a təzyiq göstərib: "Ancaq oyunçularımın mübarizəsindən razıyam. Mövsüm başlayandan rahat oyun olmayıb. Xal itkiləri hər zaman ola bilər. Çempionatda bir komanda çempionluğa, digəri Avroliqaya, bir başqası isə liqada qalmağa oynayır. Ona görə də mütləq çətin olacaq. Və biz hamısına hazır olmalıyıq".

Azvision.az



Teqlər: Qurban-Qurbanov  





Xəbər lenti