Ərdoğan ABŞ-a gedəsi olmadı

Ərdoğan ABŞ-a gedəsi olmadı
  19 Aprel 2019    Oxunub:1575
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər etməyi planlaşdırmır.
Azvision.az xəbər verir ki, bunu Ərdoğanın sözçüsü İbrahim Kalın keçirdiyi brifinqdə bəyan edib.

“Hazırda prezidentimizin Vaşinqtona planlaşdırılan səfəri yoxdur, amma ABŞ prezidentinə Türkiyəni ziyarət etməsi üçün dəvət göndərib. Ağ Evdə bu dəvətə müsbət baxdıqlarını və 2019-cu il ərzində ABŞ prezidenti Donald Trampın Türkiyəyə səfərə gələ biləcəyini deyiblər. Amma hələ ki dəqiq bir tarix yoxdur, olarsa əvvəlcədən məlumat verəcəyik. Biz, cənab Trampın Türkiyəni bu il ziyarət etməsini gözləyirik”, – deyə Kalın bildirib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   ABŞ  





Xəbər lenti