Dini ayin zamanı kilsə uçdu: 13 ölü, 16 yaralı

Dini ayin zamanı kilsə uçdu:  13 ölü, 16 yaralı
  19 Aprel 2019    Oxunub:2089
Cənubi Afrika Respublikasının (CAR) Kvazulu-Natal əyalətində pasxa ayininin icrası zamanı kilsənin bir hissəsi uçub. Hadisə nəticəsində azı 13 nəfər ölüb, 16-sı isə müxtəlif xəsarətlər alıb.
Azvision.az xəbər verir ki, bu barədə "News24" portalı yerli hakimiyyətə istinadən məlumat yayıb.

Əyalətin təcili tibbi yardım xidmətinin nümayəndəsi Robert Makkenzinin sözlərinə görə, kilsə binasının uçmasına son zamanlar yağan aramsız yağışlar səbəb ola bilər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: CAR  





Xəbər lenti