Tərəfdarları Paşinyana qarşı çıxdı, 5 nəfər həbs edildi

 Tərəfdarları Paşinyana qarşı çıxdı,  5 nəfər həbs edildi
  19 Aprel 2019    Oxunub:2525
Bu gün səhər saatlarında Ermənistan polisi İrəvan küçələrində ağ boya ilə #SaxtaNikol (#SutNikol) sözlərindən ibarət graffitlər çəkən 5 vətəndaşı həbs edib.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.
Vətəndaşlar inzibati qaydaları pozduğuna görə polis məntəqəsinə aparılaraq dindiriliblər. Məlum olub ki, həbs edilənlər Ermənistanın baş naziri Nikol Paşinyanın “Mənim addımım” blokunun üzvləridir.

Bununla da, artıq Paşinyanın rəsmi tərəfdarları ictimai formada onun özünə qarşı çıxmağa başlayıblar.

Qeyd edək ki, Paşinyana qarşı başladılan #SaxtaNikol hərəkatının üzvləri əsasən erməni gənclərdən ibarətdir. Onlar küçələrdə #SaxtaNikol graffitləri çəkir və özlərinin internet yayım kanalında Ermənistan baş nazirinin yalanlarını üzə çıxarmaqla məşğuldurlar. Hərəkat Paşinyanın yürütdüyü daxili və xarici siyasətdən narazı olduqlarını, onun “məxməri inqilab” zamanı verdiyi vədlərin yalan olduğunu və hələ də yerinə yetirilmədiyini bəyan edirlər.

Bir neçə gün əvvəl hərəkatın daha 9 üzvü həbs olunmuşdu.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Paşinyan   #SutNikol  





Xəbər lenti