Fil 5 nəfəri tapdalayaraq öldürdü

  20 Aprel 2019    Oxunub : 1494
Fil 5 nəfəri tapdalayaraq öldürdü
Hindistanın Orissa ştatının iki kəndində fil insanlara hücum edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Sandha kəndində fil bir ailənin üç üzvünü tapdalayaraq öldürüb.

Daha sonra digər kənddə biri qadın olmaqla iki nəfər filin hücumuna məruz qalıb. Həmin şəxslər də yerindəcə ölüblər. Qəzəbli fili zərərsizləşdirmək mümkün olmayıb.

Azvision.az


Teqlər: Hindistan   Fil