Poroşenko, yoxsa Zelenski? - İkinci tur başladı

  Poroşenko, yoxsa Zelenski? -    İkinci tur başladı
  21 Aprel 2019    Oxunub:3036
Ukraynada prezident seçkilərinin ikinci turu başlayıb.

Azvision.az xəbər verir ki, ölkə üzrə seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb. Səsvermə axşam saat 20:00-dək davam edəcək.
Ukrayna prezidenti postu uğrunda mübarizə hazırki ölkə başçısı Pytor Poroşenko ilə şoumen Vladimir Zelenski arasında gedir. Rəy sorğuları Zelenskinin daha şanslı olduğunu göstərir.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin birinci turunda Zelenski 30,24 faiz, Poroşenko isə 15,95 faiz səs yığıb. Birinci turda seçicilərin 63,52 faizi səsvermədə iştirak edib.

Azvision.az



Teqlər: Poroşenko   Zelenski   Ukrayna  





Xəbər lenti