Zelenski səs verdi: “Ədalətli seçki qalib gələcək”

    Zelenski səs verdi:   “Ədalətli seçki qalib gələcək”
  21 Aprel 2019    Oxunub:3570
Ukraynada prezident seçkilərinin ikinci turunda səsvermə davam edir.

Azvision.az xəbər verir ki, prezidentliyə namizəd Vladimir Zelenski artıq səsvermə hüququndan istifadə edib.
O, jurnalistlərə açıqlamasında Ukraynada ədalətli seçkinin qalib gələcəyini deyib.

Ukrayna Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, Bakı vaxtı ilə saat 12:00-dək əhalinin 7,93%-i səsvermədə iştirak edib.

Qeyd edək ki, Ukraynada prezident postu uğrunda mübarizə hazırki ölkə başçısı Pyotr Poroşenko ilə şoumen Vladimir Zelenski arasında gedir. Rəy sorğuları Zelenskinin daha şanslı olduğunu göstərir.

Azvision.az



Teqlər: Ukrayna   Zelenski  





Xəbər lenti