Zelenski Ukrayna prezidenti seçildi - Yenilənib

Zelenski Ukrayna prezidenti seçildi -   Yenilənib
  22 Aprel 2019    Oxunub:7130
Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turu ilə əlaqədar protokolların 80,78 faizini hesablayıb.
Azvision.az xəbər verir ki, nəticələrə görə, Vladimir Zelenski böyük fərqlə Petro Poroşenkonu üstələyib. Belə ki, seçicilərin 73,09 faizi Zelenskiyə, 24,57 faizi isə Poroşenkoya səs verib.

***
Ukraynada prezident seçkilərinin ikinci turu başa çatıb.

Azvision.az xəbər verir ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının saat 15:00-a olan məlumatına əsasən, seçicilərin 45 faizdən çoxu səsvermədə iştirak edib.

Seçki başa çatdıqdan sonra “exit-poll”un ilkin nəticələri açıqlanıb. Yerli təşkilatların apardığı “exit-poll”un nəticələrinə görə, Vladimir Zelenski seçicilərin 73,2 faiz, Petro Poroşenko isə 25,3 faiz səsini toplayıb.

Qeyd edək ki, seçkilərin yekun nəticələri may ayının 1-dək elan ediləcək.

Azvision.az



Teqlər: Ukrayna   Seçki   Zelenski  





Xəbər lenti