Zelenski kadr islahatlarının anonsunu verdi

   Zelenski kadr islahatlarının anonsunu verdi
  22 Aprel 2019    Oxunub:2534
Ukraynada prezident seçkilərinin ikinci turunda “exit-poll”un nəticələrinə görə qalib gələn Vladimir Zelenski keçirdiyi brifinqdə maraqlı açıqlamalar verib.
O, Prezident Administrasiyasında kifayət qədər ixtisarlar aparacağını bəyan edib.

“Andiçmə mərasimindən sonra kadr siyasəti ilə bağlı qərarlar verəcəyəm. Öncə Ukraynanın Baş prokuroru Lutsenkonu vəzifəsindən uzaqlaşdıracağam. Lutsenko köhnə komandadır, yeni simalar gətiriləcək”, - deyə Zelenski əlavə edib.

Qeyd edək ki, Ukraynada keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı “exit-poll”un ilkin nəticələri açıqlanıb. Ukraynanın yerli təşkilatlarının apardığı “exit-poll”un nəticələrinə görə, Vladimir Zelenski seçicilərin 73,2, Petro Poroşenko isə 25,3 faiz səsini toplayıb.

Mərkəzi Seçki Komissiyası isə yekun və rəsmi nəticələri mayın 1-dək elan edəcək. (AzərTAc)

Azvision.az



Teqlər: Zelenski   Ukrayna  





Xəbər lenti