Axtarışda olan erməni məmur Moskvada tutuldu

  Axtarışda olan erməni məmur Moskvada tutuldu
  22 Aprel 2019    Oxunub:2892
Ermənistan Ədliyyə Nazirliyinin keçmiş xidmət rəisi, axtarışda olan Miqran Poqosyan Moskvada saxlanılıb.

Azvision.az "İnterfaks"a istinadən xəbər verir ki, Poqosyan külli miqdarda dövlət vəsaitini mənimsəmə və vəzifə səlahiyyətlərində sui-istifadə hallarında ittiham edilib.
Hazırda onun Ermənistana ekstradisiyası məsələsi müzakirə olunur.

Qeyd edək ki, aprelin 18-də Poqosyanın İrəvandakı evində xüsusi xidmət orqanları tərəfindən axtarış aparılıb, əmlakı müsadirə edilib.

Azvision.az




Teqlər: Erməni   Məmur   Poqosyan  





Xəbər lenti