Tramp Zelenskiyə zəng edib

  22 Aprel 2019    Oxunub : 1526
 Tramp Zelenskiyə zəng edib
ABŞ prezidenti Donald Tramp Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn Vladimir Zelenskiyə telefonla zəng edib. O, Vladimir Zelenskinin seçkilərində qazandığı qələbə münasibəti ilə təbrik edib.
Azvision.az -ın məlumatına görə, bunu ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Twiitter-də yazıb. O, qeyd edib ki, Tramp həmçinin ədalətli və demokratik seçkilərə görə Ukrayna xalqını da təbrik edib:

"Biz Ukraynanın ərazi bütövlüyünü bərpa etmək və Rusiyanın təcavüzünə qarşı çıxmaq üçün səylərimizi davam etdirəcəyik", - Kurt Volker bəyan edib.


İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: ABŞ   Ukrayna