İngilis dili müəllimi İsa peyğəmbər olduğunu iddia edir

   İngilis dili müəllimi İsa peyğəmbər olduğunu iddia edir
  23 Aprel 2019    Oxunub:6079
Türkiyənin Antalya şəhərinin Serik kəndində özünü İsa peyğəmbər adlandıran şəxs peyda olub.
Azvision.az -ın məlumatına görə, orta məktəbdə ingilis dili müəllimi işləyən Türkiyə vətəndaşı dərs zamanı şagirdlərinə "Mən həzrəti İsayam" deyə səslənib.

Adı açıqlanmayan müəllim məktəblilərə psixoloji təsir edərək özünü peyğəmbər kimi tanıtmağa çalışıb. O, hətta qiyamət gününün nə vaxt olacağını bildiyini deməklə bütün diqqətləri üzərinə çəkib.

Məsələdən xəbərdar olan valideynlər müəllimdən məktəb rəhbərliyinə şikayət ediblər. O, dərhal işdən çıxarılıb, barəsində araşdırma başlanıb.

Azvision.az



Teqlər: Məktəb   Müəllim  





Xəbər lenti