Putinlə Kimin görüş yeri və vaxtı bilindi

  22 Aprel 2019    Oxunub : 907
Putinlə Kimin görüş yeri və vaxtı bilindi
Şimali Koreya lideri Kim Çen Inla Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək görüşün vaxtı və yeri məlum olub.
Azvision.az "Kommersant"-a istinadən xəbər verir ki, iki ölkə liderinin görüşü aprelin 25-də Vladivostokda, Uzaq Şərq Federal Universitetinin binasında baş tutacaq.

Putin görüşdən sonra Çinə səfər edəcək. Kim Çen In isə aprelin 26-dək Vladivostokda qalacaq.

Azvision.az

Teqlər: Putin   Rusiya   KXDR   Kim-Çen-In