Şri-Lankada ölü sayı 359 nəfərə çatıb

Şri-Lankada ölü sayı 359 nəfərə çatıb
  24 Aprel 2019    Oxunub:2200
Şri-Lankada kilsə və otellərdə törədilmiş silsilə partlayışlar nəticəsində ölənlərin sayı 359 nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Bundan əvvəl 321 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, aprelin 21-də pasxa bayramı zamanı Şri-Lankada silsilə partlayışlar törədilib. Partlayışlara görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Faciə ilə əlaqədar aprelin 23-ü ölkədə matəm günü elan edilib.

Azvision.az




Teqlər: Şri-Lanka   Terror  





Xəbər lenti