Təhlükəli maddələr daşıyan qatar relsdən çıxıb

  24 Aprel 2019    Oxunub : 1106
Təhlükəli maddələr daşıyan qatar relsdən çıxıb
Kanadanın Kvebek əyalətində yerləşən Monreal şəhərinin şərqində bir neçə vaqonunda təhlükəli maddələr daşıyan yük qatarı relsdən çıxıb.
Azvision.az CBC telekanalına istinadla xəbər verir ki, bu barədə Kanada Milli Dəmir Yolları İdarəsinin rəsmi nümayəndəsi məlumat verib.

Qəza nəticəsində yük qatarının 10 vaqonu relsdən çıxıb, lakin təhlükəli maddələrin sızmasının qarşısını almaq mümkün olub.

Hazırda hadisənin baş verdiyi ərazidə mütəxəssislər fəaliyyət göstərir. Hələlik insidentin səbəbləri barədə məlumat verilmir.

Azvision.az

Teqlər: