ASALA-nın davamçısı: Ermənilərin yeni terrorçu dəstəsi - FOTO

 ASALA-nın davamçısı:  Ermənilərin yeni terrorçu dəstəsi -  FOTO
  25 Aprel 2019    Oxunub:8219
PKK terror təşkilatı Suriyada xarici terrorçulardan ibarət yeni dəstə qurub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Terrorçu dəstə 90 nəfərdən ibarətdir. Onlar bəyan ediblər ki, əsas məqsədləri “Rojavanı Türkiyədən qorumaqdır”.

Dəstənin Türkiyə ilə sərhəddə yerləşən Abyad, Aynularab ve Resulayn ərazilərində yerləşdiriləcəyi deyilir. Bildirilir ki, terrorçu qrup əsasən PKK-nın işğal etdiyi Qamışlı, Haseke, Resulayn və Amude bölgələrində fəaliyyət göstərəcək.



Dəstəyə 2017-ci ildə təhlükəsizlik qüvvələri tərəfindən məhv edilən erməni terrorçu Nubar Ozanyanın adı verilib. O, Türkiyədə sui-qəsd, bombalama və digər əməllər törədib. Yeni dəstə özünü ASALA-nın davamçısı elan edib.



Terrorçu dəstənin quruluş toplanışında yaraqlılar azərbaycanlılara qarşı qətliamlar törədən, daha sonra ASALA-da fəaliyyət göstərən Levon Ekmemçiyan, Monte Melkonyan və Osmanlı dövründə günahsız insanları qətlə yetirən Kevork Çavuş, Andranik Ozanyan, o cümlədən, İbrahim Kaypakkaya və Abdullah Öcalanın şəkillərini qaldırıblar.

Kənan Məmmədov
Azvision.az


Teqlər: PKK   ASALA   Terror  





Xəbər lenti