CHP-nin təşkilat sədri borca görə öldürüldü

CHP-nin təşkilat sədri borca görə öldürüldü
  25 Aprel 2019    Oxunub:2234
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) Qaziantep vilayətinin Oğuzeli rayon təşkilatının sədri İlhan Keskinsoy qətlə yetirilib.
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Keskinsoy iş otağında olarkən qabaqcadan tanıdığı şəxsin hücumuna məruz qalıb.

Hadisə pul borcu üstündə baş verib. Nəticədə tərəflərin davası təşkilat sədrinin ölümünə səbəb olub. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Azvision.az



Teqlər: Türkiyə   CHP   Qətl  





Xəbər lenti