Ukraynada rus dilində danışmaq qadağan olundu

Ukraynada rus dilində danışmaq qadağan olundu
  25 Aprel 2019    Oxunub:2923
Ukrayna Ali Radası dövlət dili haqqında yeni qanun qəbul edib.

Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, qanun layihəsinə əsasən, dövlət və yerli hakimiyyət orqanları, təhsil müəssisələri, xəstəxanalar və xidmət sektorunda Ukrayna dilində danışmaq məcburi olacaq. Sənədə 278 deputat səs verib.
Qanun təsdiqlənməsi üçün Prezidentə təqdim olunacaq. Sənəddə, həmçinin dini ayinlər və xüsusi tədbirlər istisna hal kimi nəzərdə tutulub.

Ekspertlər hesab edirlər ki, yeni qanun layihəsi rus dilinin sıradan çıxarılması üçün hazırlanıb.

Azvision.az



Teqlər: Ukrayna   Dil  





Xəbər lenti