Türkiyənin elektriklə işləyən ilk hərbi maşını - FOTO+VİDEO

 Türkiyənin elektriklə işləyən ilk hərbi maşını -  FOTO+VİDEO
  25 Aprel 2019    Oxunub:10198
Türkiyədə ilk dəfə “Əqrəb II” adlı elektriklə işləyən hərbi maşın istehsal olunub.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Otokar" şirkətinin istehsal etdiyi zirehli maşın “IDEF-2019” XIV beynəlxalq müdafiə sənayesi sərgisində təqdim ediləcək.


“Əqrəb II” kəşfiyyat və müşahidəetmə sistemlərinə uyğun avadanlıqlarla təchiz edilib. Elektrikli hərbi maşın yüksək təsbit və tanıma imkanı ilə əldə etdiyi məlumatları eyni vaxtda rəqəmsal məlumat sistemlərinə ötürə bilər.



Elektrik motor və ən son model batareyalarla təchiz edilmiş “Əqrəb II” ənənəvi hərbi maşınlarla müqayisədə yüksək sürəti və səssizliyi ilə seçilir.







Anar Kəlbiyev
Azvision.az


Teqlər: Əqrəb-II   Türkiyə  





Xəbər lenti