Co Bayden prezidentliyə namizəd oldu - VİDEO

 Co Bayden prezidentliyə namizəd oldu -  VİDEO
  25 Aprel 2019    Oxunub:4143
ABŞ-ın sabiq prezidenti Barak Obamanın hakimiyyəti dövründə ölkənin vitse-prezidenti vəzifəsini icra edən Co Bayden bu gün rəsmi olaraq 2020-ci il seçkiləri ilə əlaqədar kampaniyaya başladığını bəyan edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, 76 yaşlı Co Bayden video-müraciət yayaraq 2020-ci il seçkilərində Demokratlar Partiyasından namizədliyini irəli sürəcəyini deyib. O, ölkənin ali postu uğrunda iddialı olduğunu vurğulayıb.



"Bu millətin əsas dəyərləri dünyadakı mövqeyimiz, demokratiyamızdır. ABŞ-ı ABŞ edən hərşey təhlükə altındadır. Bu səbəbdən ABŞ prezidentliyinə namizədliyimi açıqlayıram".



Azvision.az



Teqlər: ABŞ   Namizəd   Co-bayden  





Xəbər lenti