Putin Kim Çen Ina stəkan hədiyyə edib

Putin Kim Çen Ina stəkan hədiyyə edib
  25 Aprel 2019    Oxunub:2303
Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina şaşki və stəkan dəsti hədiyyə edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Belə ki, Vladivostok görüşündə Kim Çen In danışıqlardan sonra Putinə qılınc hədiyyə edib. O, hədiyyəni təqdim edərkən qılıncın Şimali Koreya xalqının gücünü və ruhunu təcəssüm etdirdiyini deyib.

Qeyd edək ki, iki ölkə liderlərinin görüşü üç saat davam edib.

Azvision.az



Teqlər: Putin   Koreya  





Xəbər lenti