“TRT World” telekanalına hücum edilib

“TRT World” telekanalına hücum edilib
  25 Aprel 2019    Oxunub:1762
"TRT Word" telekanalının Londonda yerləşən ofisinə PKK tərəfdarları tərəfindən hücum olub.
Azvision.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-in baş direktoru İbrahim Erenlə telefon əlaqəsi saxlayaraq, hadisə barədə məlumat alıb.

Məlumata görə, 50-yə yaxın PKK tərəfdarı "TRT Word"-ün Londondakı binasının qarşısına toplaşıb. 40 dəqiqə ərzində Türkiyə əleyhinə şüarlar səsləndirən qrup binaya daxil olmağa çalışıb. Polisin müdaxiləsindən sonra onlar ərazidən uzaqlaşıblar.

Azvision.az



Teqlər: Türkiyə   PKK  





Xəbər lenti