Moskvada bomba həyəcanı - 4 min nəfər təxliyə edildi

 Moskvada bomba həyəcanı  - 4 min nəfər təxliyə edildi
  26 Aprel 2019    Oxunub:2322
Rusiyanın paytaxtı Moskvada eyni vaxtda üç ticarət mərkəzinə bomba qoyulması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Azvision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, anonim zəngdən sonra “Kolambus”, “Şəhər” və “Kunçeva Plaza” ticarət mərkəzlərinin əməkdaşları və orada olan sakinlər dərhal evakuasiya ediliblər. Ümumilikdə binalardan 4 min nəfərin çıxarıldığı bildirilir.

Polis əməkdaşları ərazini nəzarətə götürüblər. Binalarda partlayıcı maddələrin olub-olmadığı araşdırılır.

Azvision.az


Teqlər: Moskva  





Xəbər lenti