Seçkilər zamanı 276 nəfər yorğunluqdan ölüb

  Seçkilər zamanı 276 nəfər yorğunluqdan ölüb
  27 Aprel 2019    Oxunub:2183
Aprelin 17-də İndoneziyada keçirilən seçkilərdə 276 nəfər ölüb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin 225 nəfəri yaşı 40-dan yuxarı olan komissiya üzvləridir. 33 nəfər seçkilərin gedişini müşahidə edərkən dünyasını dəyişib. Ölənlərin arasında polislər də var. Ehtimal edilir ki, həmin şəxslər yorğunluqdan vəfat ediblər.

Bundan əvvəl isə ölənlərin sayının 90 olduğu, 366 nəfərin isə xəstələndiyi bildirilmişdi.

Qeyd edək ki, aprelin 17-də İndoneziyada prezident, parlamentin hər iki palatası və yerli hakimiyyət orqanlarına seçkilər keçirilib. Bu dəfəki seçkilər nəinki İndoneziya, bütövlükdə dünyanın ən iri miqyaslı seçkiləri olub. Səsvermə hüququna malik 190 milyon 779 min 969 seçici birbaşa seçkilər yolu ilə təkcə ölkə prezidentini yox, həm də 16 partiyanı təmsil edən təqribən 20 min qanunvericini seçib.

Azvision.az



Teqlər: İndoneziya   Seçki  





Xəbər lenti