Sibel Can oğlu ilə birlikdə qəzaya düşdü

Sibel Can oğlu ilə birlikdə qəzaya düşdü
  27 Aprel 2019    Oxunub:1960
Türkiyəli məşhur müğənni Sibel Can avtomobil qəzasına düşüb.
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəza zamanı müğənni oğlu Əmir Aksüt ilə birlikdə olub.

Onlar Beşiktaşa gedərkən avtobusun törətdiyi zəncirvari qəzanın iştirakçısına çevriliblər. Belə ki, Sibel Canın avtomobili işıqforun qırmızı işığında dayanarkən arxadan sərnişin avtobusu çırpılıb.

Qəza zamanı biri uşaq olmaqla 3 nəfər xəsarət alıb. Tərəflər şikayətçi olmadığından hadisə ilə bağlı açılan işə xitam verilib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Qəza   Sibel-Can   Avtobus  





Xəbər lenti