İndoneziyada seçkilərdə 272 nəfər ölüb

İndoneziyada seçkilərdə 272 nəfər ölüb
  29 Aprel 2019    Oxunub:1612
Yorğunluq səbəbindən İndoneziyada 2019-cu ilin birdəfəlik ümumi seçkilərinin keçirilməsi və təşkili ilə məşğul olan ən azı 272 nəfər ölüb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, anormal iş şəraiti ilə bağlı 1878 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, ölkənin Maliyyə nazirliyi dünyasını dəyişən şəxsin ailələrinə maddi yardım edəcək. Hazırda səslərin sayımı davam edir.

Qeyd edək ki, İndoneziyada hökumətin bütün səviyyələrində - Prezident və Vitse-prezident, Milli Parlament, əyalət parlamentləri, şəhər və rayon şuraları səviyyəsində birdəfəlik ümumi seçkilər yüksək seçici fəallığı ilə aprelin 17-də baş tutub. Seçkilərdə səs hüququ olan 193 milyondan çox seçici qeydiyyatdan keçib. Səsvermənin rəsmi nəticələri İndoneziya Milli Seçki Komissiyası tərəfindən mayın 22-də elan ediləcək.

Azvision.az


Teqlər: Seçki  





Xəbər lenti