İŞİD liderinin 5 ildən sonra videosu yayıldı

 İŞİD liderinin 5 ildən sonra videosu yayıldı
  30 Aprel 2019    Oxunub:3276
İŞİD terror qruplaşmasının rəhbəri Əbu Bəkir əl-Bağdadinin 5 ildən sonra yeni videomüraciəti yayılıb.

Azvision.az xəbər verir ki, sosial şəbələrdə yayılan kadrlarda Bağdadi Baquz şəhəri uğrunda döyüşün başa çatdığını deyib və bununla da məğlubiyyətini etiraf edib.
O, həmçinin İŞİD-çilərin öldürülməsində və tutulmasında iştirak edən şəxslərdən qisas alacağına söz verib.

Qeyd edək ki, Baquz uğrunda döyüşlər cari ilin mart ayında Suriya demokratik qüvvələrinin və Amerikanın rəhbərlik etdiyi koalisiyanın qələbəsilə yekunlaşıb.

Azvision.az



Teqlər: İŞİD   Suriya  





Xəbər lenti