Yaponiya İmperatoru taxtını tərk edir

Yaponiya İmperatoru taxtını tərk edir
  30 Aprel 2019    Oxunub:1641
Bu gün Yaponiya İmperatoru Akihito könüllü olaraq taxtını tərk edəcək.
Azvision.az TASS-a istinadən xəbər verir ki, İmperator taxtı böyük oğluna, şahzadə Naruhitoya təhvil verəcək. Bu münasibətlə Tokionun mərkəzindəki sarayda dini və dünyəvi mərasimlər keçiriləcək.

Qeyd edilib ki, günün birinci yarısında 85 yaşlı Akihito saray kompleksi ərazisində yerləşən, ölkənin əvvəlki imperatorlarına həsr edilmiş məbədə baş çəkəcək.

Azvision.az



Teqlər: Yaponiya   İmperator  





Xəbər lenti