Yaponiya imperatoru taxtdan imtina edib

  30 Aprel 2019    Oxunub : 501
Yaponiya imperatoru taxtdan imtina edib
Yaponiya İmperatoru Akihito rəsmi olaraq taxt-tacdan imtina edib.
Azvision.az -ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, sabah onun oğlu, 59 yaşlı vəliəhd-şahzadə Naruhito ölkənin yeni İmperatoru olacaq.

Qeyd edək ki, Yaponiyada qanun imperatorların siyasi həyatda iştirakını qadağan edir. Onlar yalnız dövlətin və xalqın simvolu olaraq bəzi mühüm mərasimlərə qatılırlar.

Azvision.az

Teqlər: Yaponiya