Keçmiş polislər arasında silahlı insident

Keçmiş polislər arasında silahlı insident
  30 Aprel 2019    Oxunub:1742
İstanbulda təqaüddə olan Tarix İlbey və İlxan Varlıq adlı polislər arasında silahlı insident baş verib.
AzVision.az xəbər verir ki, hadisə nəticəsində T.İlbey ölüb, digəri isə yaralanıb.

Polislər arasındakı insidentə səbəb yanğın nərdivanı olub. Belə ki, əvvəlcə kafe işlədən T.İlbey bir mərtəbə yuxarıda dükanı olan İ.Varlığı silahla ayağından yaralayıb. Sonra ona kömək etmək istəyib. Bu zaman masa üzərinə qoyulan eyni silahı ələ keçirən İ.Varlıq sabiq həmkarını güllələyib.

Yaralı İ.Varlıq xəstəxanaya yerləşdirilib. İ.İlbey isə aldığı güllə yarasından hadisə yerində keçinib. Polis faktla bağlı araşdırma aparır.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Polis   İnsident  





Xəbər lenti