FETÖ ilə bağlı növbəti hökm - 137 nəfər həbs olundu

FETÖ ilə bağlı növbəti hökm -  137 nəfər həbs olundu
  30 Aprel 2019    Oxunub:2047
Fətullahçı terror təşkilatının (FETÖ) Türkiyə ordusuna nüfuz edən daha 137 üzvü həbs olunub.
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 16 şübhəli şəxs isə məhkəmənin qərarı ilə şərti azadlığa buraxılıb.

Bundan əvvəl isə İstanbul Prokurorluğu aralarında yüksək rütbəli zabitlərin olduğu 210 nəfərlik FETÖ-çü qrupun həbs olunması barədə məlumat yaymışdı. Hazırda istintaq davam edir. Axtarışda olan qrup üzvlərinin saxlanılması istiqamətində tədbirlər görülür.

Bəxtiyar Məmmədov
Azvision.az



Teqlər: FETÖ   Məhkəmə   Hökm   Həbs  





Xəbər lenti