Türkiyənin Kahramanmaraş vilayətinin Elbistan bölgəsində avtobus aşıb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər həlak olub, 13 nəfər yaralanıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub. Qəzanın səbəbləri barədə məlumat verilməyib.