Deputat evlənmək üçün qız qaçırdı

Deputat evlənmək üçün qız qaçırdı
  02 May 2019    Oxunub:7516
İnquşetiya Xalq Şurasının deputatı, “Vahid Rusiya” fraksiyasının üzvü evlənmək məqsədi ilə qız qaçırıb.
Azvision.az xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb.

Qaçırılan qız Malqobek Rayon Mərkəzi Xəstəxanasının baş həkimi olub. Məsələni respublikanın ağsaqqaları yoluna qoyublar və mayın 2-də toy etmək qərara alıb.

Qız qaçırma ilə əlaqədar deputata 200 min, onunla əlbir olan şəxslərə isə 100 min rubl cərimə kəsilib.

Azvision.az




Teqlər: Deputat  





Xəbər lenti