Bolton Trampı hərbi əməliyyatlara məcbur edir

  02 May 2019    Oxunub : 857
Bolton Trampı hərbi əməliyyatlara məcbur edir
ABŞ prezidenti Donald Tramp Amerikanın Venesuelada hərbi əməliyyatlar aparmağına razı deyil. Lakin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Trampı əməliyyatlara razı salmağa çalışır.
Azvision.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb. Bildirilib ki, Tramp Velesuelaya ordu yetirməyə razı olmasa da, Con Bolton buna israr edir. ABŞ prezidentinin sonda hansı qərarı verəcəyi məlum deyil.

Qeyd edək ki, ötən gün müxalifət qüvvələri Venesuelada dövlət çevrilişinə cəhd edib. Ardınca hakimiyyət nümayəndələri qiyam cəhdinin uğursuz olduğunu elan edib. Prezident Nikolas Maduro isə hadisələrin araşdırılmasını və buna görə məsuliyyət daşıyanların cəzalanmasını əmr edib. Bunun əksi olaraq, müxalifət lider Xuan Quaydo yaranmış vəziyyətdən istifadə edərək xalqı küçələrə çıxmağa çağırıb.

Bəxtiyar Məmmədov
Azvision.az

Teqlər: Bolton   Tramp