Gürcüstanın elektrik sistemində qəza olub

Gürcüstanın elektrik sistemində qəza olub
  03 May 2019    Oxunub:1725
Bu gün axşam saatlarında Gürcüstanın elektrik enerjisi sistemində qəza olub.
Ölkənin əsas elektrik enerji təminatçısı olan “İmereti” LEP şəbəkəsində baş verən qəza nəticəsində Tbilisi və Rustavi şəhərlərinin, Qərbi və Şərqi Gürcüstanın bir sıra bölgələri işıqsız qalıb.

Dərhal qəzanın nəticələri tam aradan qaldırılıb. Ölkənin bütün bölgələrinə elektrik enerjisinin verilişi bərpa olunub.

Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti