Ermənistanda hərbçi qardaşlar qəzada ölüb

Ermənistanda hərbçi qardaşlar qəzada ölüb
  03 May 2019    Oxunub:1978
Ermənistanda ağır yol qəzası baş verib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə İrəvan-İran sərhəd yolunda qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobilin qəzaya düşməsi nəticəsində iki nəfər ölüb. Onların qardaş olduğu bildirilir. 25 yaşlı Armen Aqaronyan hadisə yerində, ağır xəsarətlər alan qardaşı isə xəstəxanada ölüb. Qəzada ölən qardaşların ikisi də hərbi qulluqçu olub.

Azvision.az



Teqlər: Ermənistan   Qəza  





Xəbər lenti