Sabiq prezidentin həbsdə çəkdiyi şəkil 112 min dollara satıldı

Sabiq prezidentin həbsdə çəkdiyi şəkil 112 min dollara satıldı
  03 May 2019    Oxunub:1802
Cənubi Afrikanın ilk qaradərili prezidenti olan Nelson Mandelanın Robben adasında həbsxanada olarkən çəkdiyi şəkil Nyu-Yorkda keçirilən hərracda 112 min dollarla satılıb.
Azvision.az-ın məlumatına görə, sabiq prezidentin kamera qapısını təsvir etdiyi rəsmi hərraca qızı təqdim edib.

"Atam prezidentlikdən təqaüdə çıxdıqda nə edəcəyini bilmirdi. Onun üçün incəsənət özünü ifadə edə bilmək idi. Düşünürəm çəkdiyi şəkillərdə o həyatını daha yaxşı anlada bilirdi", - deyə Mandelanın qızı söyləyib.

Billdirilib ki, bundan əlavə, Mandelanın çəkdiyi təxminən 22 eskiz hərraclara çıxarılıb.

Qeyd edək ki, Mandelanın çəkdiyi və 112 min dollara satılan əsərə keçmiş ABŞ prezidenti Barak Obama, Bill Klinton daxil olmaqla, bir çox dövlət rəhbərləri baxış keçiriblər.

Rəsm əsərində təsvir olunan həpsxana kamerası Robben adasında yerləşir. Nelson Mandela Robben adasında 18 il məhbəs həyatı yaşayıb. O, 1964-cü ildən 1982 ilə kimi məhkum olub. Mandela 1994-cü ildə Cənubi Afrikada ilk qaradərili prezident seçilib. 1999-cu ilədək ölkə rəhbəri vəzifəsini yerinə yetirib.




Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər: Nelson-Mandela   Rəsm   Hərrac  





Xəbər lenti