Aİ liderləri mayın 28-də görüşə bilər

Aİ liderləri mayın 28-də görüşə bilər
  03 May 2019    Oxunub:1488
Avropa İttifaqına üzv 27 ölkənin liderləri mayın 28-də Brüsseldə növbədənkənar sammitdə görüşə bilərlər.
Azvision.az "Reuters"ə istinadla xəbər verir ki, sammitin Avropa Parlamentinə seçkilərdən sonra baş tutacağı gözlənilir. Qeyd edək ki, Avropa Parlamentinə seçkilər 2019-cu il mayın 23-26-da keçiriləcək. Parlament iyulun 2-də toplaşaraq Avropa Komissiyasının rəhbəri postuna namizədini irəli sürəcək.

Avropa İttifaqı Şurasının sədri Donald Tuskun sammit barədə mayın 9-da Rumıniyaya səfəri zamanı məlumat verəcəyi gözlənilir.

Azvision.az


Teqlər:   AP  





Xəbər lenti