31 mart seçkilərində FETÖ izi - 43 nəfər saxlanıldı

   31 mart seçkilərində FETÖ izi -    43 nəfər saxlanıldı
  06 May 2019    Oxunub:2626
Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərində yol verilən qanun pozuntuları ilə əlaqədar araşdırma aparılıb.

Azvision.az xəbər verir ki, araşdırma nəticəsində FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 43 nəfər saxlanılıb.
Onlardan ikisinin FETÖ-nün “ByLock” sosial şəbəkə istifadəçisi olduğu aşkar edilib. Hazırda faktla bağlı araşdırma davam edir.

Qeyd edək ki, Türkiyədəki bələdiyyə seçkilərində qanun pozuntularının araşdırılması məqsədilə hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən Ali Seçki Komissiyasına etiraz məktubu göndərilib.

Azvision.az


Teqlər: Türkiyə   FETÖ   Seçki  





Xəbər lenti