Moskvada təyyarə yanıb, 13 nəfər ölüb - VİDEO (Yenilənib)

 Moskvada təyyarə yanıb, 13 nəfər ölüb -  VİDEO (Yenilənib)
  06 May 2019    Oxunub:12666
Rusiyanın paytaxtı Moskvada "Aeroflot" aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" sərnişin təyyarəsinin yanması nəticəsində 13 nəfər ölüb.

Azvision.az xəbər verir ki, hadisə zamanı daha 6 nəfər yaralanıb. Sərnişinlərin bir hissəsinin taleyi məlum deyil.
Məlumata əsasən, yanğın təyyarəni ildırım vurduğuna görə baş verib.



***
(20:43)

Moskva - Murmansk reysi ilə hərəkət edən sərnişin təyyarəsi eniş zamanı yanmağa başlayıb.

Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Moskvanın Şeremetyevo hava limanında baş verib.

Təyyarədə olan 72 sərnişin və 6 ekipaj üzvü xilas edilib. Yanğın zamanı 6 sərnişinin xəsarət aldığı, bir nəfərin öldüyü bildirilir.

Hadisə yerinə təcili tibbi yardım briqadaları, xilasedicilər cəlb edilib. Əlavə məlumat verilməyib.



Azvision.az



Teqlər: Moskva   Təyyarə   Yanğın  





Xəbər lenti