CHP təcili iclas çağırdı

  06 May 2019    Oxunub : 811
CHP təcili iclas çağırdı
İstanbulda seçki nəticələrinin ləğvi ilə əlaqədar Cümhuriyyət Xalq Partiyası (CHP) fövqəladə iclas çağırıb.
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, CHP bələdiyyə seçkiləri üzrə nəticələrin ləğvinə etiraz edib. Yaxın saatlarda bununla bağlı partiyanın rəsmi mövqeyi açıqlanacaq.

Qeyd edək ki, İstanbulda martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələri ləğv olunub. Bu barədə Türkiyə Ali Seçki Komissiyası (YSK) bu gün keçirdiyi iclasda yekun qərar qəbul edib.

Azvision.az

Teqlər: CHP