İstanbul üzrə təkrar seçkinin vaxtı açıqlandı

  06 May 2019    Oxunub : 1916
 İstanbul üzrə təkrar seçkinin vaxtı açıqlandı
Xəbər verdiyimiz ki, Türkiyənin Ali Seçki Komissiyası ölkədə keçirilən bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələrinin ləğv olunaraq yenilənməsinə qərar verib.
Azvision.az xəbər verir ki, İstanbulda təkrar bələdiyyə seçimlərinin iyunun 23-də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) namizəd olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs toplayıb.

Azvision.az

Teqlər: İstanbul   Seçki